Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

UEFA "Qarabağ" oyununun saatını açıqladı

UEFA

Tarix: 25 Iyun 2019 11:28

UEFA "Qarabağ"ın Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Partizani" ilə ilk oyununun başlama saatını açıqlayıb.

Qol.az-ın UEFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, iyulun 10-da Tiranada keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da start götürəcək. Cavab matçı isə bir həftə sonra paytaxtımızda olacaq.

Qeyd edək ki, bu cütün qalibi 2-ci təsnifat mərhələsində "Dundalk" (İrlandiya) - "Riqa" (Latviya) cütünün qalibi ilə üz-üzə gələcək. 
 


Etiketlər:  UEFA Qarabağ oyununun saatını açıqladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ