Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Avqust 2020 15:16
İtaliyanın "İnter" klubu UEFA Avropa Liqasının yarımfinal mərhələsində "Şaxtyor"a 5:0 hesabı ilə qalib gəlib.
Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, start heyətində meydana çıxan Romelu Lukaku "neradzurri"nin iki qolunun müəllifi olub. Bu, onun cari mövsümdə "İnter"in heyətində keçirdiyi 50-ci oyunu olub. Belçikalı futbolçu 2011-ci ildən bəri bir mövsümdə 50 oyun səddini keçən "İnter"in ilk futbolçusu olub.
Sonuncu dəfə belə göstərici 2010/2011-ci il mövsümündə 52 oyunla Xavyer Zanetti və 53 matçla Samuel Etoya məxsus olub.