Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Pandemiya dönəmində internetin sürəti niyə zəiflədi? - Ekspert həlli yollarından danışdı

Pandemiya dönəmində internetin sürəti niyə zəiflədi? - Ekspert həlli yollarından danışdı

Tarix: 20 Avqust 2020 23:48

Pandemiya başladığı dönəmdən  bəziləri internet problemi ilə qarşılaşdı. Sosial şəbəkələrdə apardığımız monitorinqlərə əsasən, problem yaşayanların çoxu internetin süni yolla zəiflədildiyini qeyd etsə də, bunun tam əksini düşünənlər də var. Əksəriyyət son 5-6 ayda internetdə yaranan problemi işlərin onlayn qaydada aparılması ilə də əlaqələndirir.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, bəs, doğrudan da, internet problemini yaradan səbəblər nələrdir? İşlərin distant qaydada aparıldığı dönəmdə, bu problemin aradan qaldırılması üçün nələr edilməlidir?

Telekommunikasiya üzrə mühəndis Kamil Məmmədov məsələ ilə bağlı bildirib ki, bunu birbaşa internet provayderlərinin işi ilə əlaqələndirmək lazımdır: "Bildiyimiz kimi, pandemiya dönəmində internet resursları kifayət qədər yükləndi. Bu gün biz internet sürətindən şikayətləniriksə, bunu bilavasitə provayderlərin işi ilə əlaqələndirməliyik. Bu dönəmdə provayderlərin işini monitorinq edən, dəyərləndirən, hesabat verən bir qurumun olduğunun mən şəxsən şahidi deyiləm".

Ekspertin sözlərinə görə, problemin  aradan qaldırılmasının çox yolu var: "O yollardan biri, provayderlərin yenidən yoxlanılması, ona baxılmasıdır. İnternet sürətinin yaxşı olmasının yeganə yolu infastrukturdur. Əgər kabel xətləriniz normaldırsa, dediyiniz sürəti müştəriyə çatdıra bilirsinizsə, deməli, siz bu işi mükəmməl görürsünüz".

"İnfastrukturu güclü, mühəndisi çox olan və bu işə can yandıraraq fəaliyyət göstərən provayderin interneti həmişə daha yaxşı olacaq",- deyə Kamil Məmmədov əlavə edib.


Etiketlər:  Pandemiya dönəmində internetin sürəti niyə zəiflədi Ekspert həlli yollarından danışdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ