Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Avtomobillərdən oğurluq edən şəxs tutulub (FOTO)

Avtomobillərdən oğurluq edən şəxs tutulub (FOTO)

Tarix: 21 Avqust 2020 10:12

Bakı. Samir Əli - Trend:

Qubada oğurluq edən şəxs tutulub.

DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Trend-ə verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yerləşən bir dülgər sexindən və bir avtomobil təmiri sexindən bir ədəd elektrik generatoru, bir ədəd rəndə, bir ədəd mühərrik və digər usta alət və avadanlıqları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Araşdırmalarla onun rayon sakini Əli Məmmədov olduğu müəyyən edilib.

Polis əməkdaşları tərəfindən Əli Məmmədovun ətrafında aparılan tədbirlər nəticəsində onun rayon ərazisində avtomobillərdən oğurluq etdiyi də müəyyən edilib. Dindirilmə zamanı həmin şəxs törətdiyi oğurluq hadisələrini etiraf edərək, cinayət yolu ilə əldə etdiyi alət və avadanlıqları dəyərindən ucuz qiymətə satdığını bildirib. Oğurlanan alət və avadanlıqlarının yeri polis əməkdaşları tərəfindən müəyyənləşdirilərək maddi sübut kimi götürülüb.

Qeyd olunan faktlarla bağlı Quba RPŞ-nin cinayət işi açılıb, həmin şəxsin başqa cinayət hadisələrində iştirak edib-etməməsi araşdırılır.

Avtomobillərdən oğurluq edən şəxs tutulub (FOTO) - Gallery Image Avtomobillərdən oğurluq edən şəxs tutulub (FOTO) - Gallery Image


Etiketlər:  Avtomobillərdən oğurluq edən şəxs tutulub FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ