Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Avqust 2020 12:08
“Beşiktaş” misirli yarımmüdafiəçisi Məhəmməd Elneni ilə yollarını ayırıb.
Qol.az xəbər verir ki, bu barədə 28 yaşlı futbolçu sosial şəbəkə hesabında yazıb. O, komanda yoldaşları və azarkeşlərlə vidalaşıb. Elneninin İstanbul klubu ilə icarə müqaviləsi uzadıımadığından, futbolçu “Arsenal”a qayıdacaq.
Qeyd edək ki, Misir millisinin üzvü son mövsümdə “Beşiktaş”da 36 oyuna çıxıb, 1 qol, 4 məhsuldar ötürmə müəllifi olub.