Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Real'' daha bir superulduza göz qoydu - Peres ''qollarını çırmaladı''

“Real'' daha bir superulduza göz qoydu - Peres ''qollarını çırmaladı''

Tarix: 8 Oktyabr 2025 13:12

PSJ-nin parlayan ulduzu Xviça Kvaratsxeliya "Real Madrid"in transfer hədəfinə çevrilib.

Sonxeber.net Türkiyə mətbuatına istinadən xəbər verir ki, ispan nəhəngi yay transfer pəncərəsində heyətini gücləndirmək məqsədilə gürcü futbolçunu əsas prioritet kimi müəyyənləşdirib. Bildirilir ki, Madrid klubunun prezidenti Florentino Peres şəxsi təşəbbüsü ilə Kvaratsxeliyanın transferi üçün kampaniyaya start verib.

"Real Madrid" rəhbərliyi gələn mövsüm Vinisius Juniorun komandadan ayrılma ehtimalını nəzərə alaraq, onun yerini Xviça Kvaratsxeliya ilə doldurmaq niyyətindədir.

Qeyd edək ki, 2025-ci ilin yanvarında "Napoli"dən 70 milyon avroya PSJ-yə keçən 23 yaşlı futbolçu Paris təmsilçisi ilə 2029-cu ilin yayına qədər müqavilə imzalayıb.

Kvaratsxeliya PSJ-nin heyətində indiyədək 39 rəsmi oyunda iştirak edib, 9 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Hüseyn


Etiketlər:  Real daha superulduza göz qoydu Peres qollarını çırmaladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ