Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Oktyabr 2025 17:44
"Qarabağ"ın futbolçusu Toral Bayramov karyerasını ölkə xaricində davam etdirə bilər.
Sonxeber.net xəbər verir ki, Arda Turanın çalışdırdığı "Şaxtyor" onu transfer etməkdə maraqlıdır.
A. Turan 24 yaşlı futbolçuda böyük potensial olduğunu düşünür.
O, Toralı hələ "Eyüpspor"u çalışdırarkən transfer etmək istəyirdi.
Toral son zamanlar "Qarabağ"da əsas heyətə düşməkdə çətinlik çəkir. O, satınalma hüququ ilə birlikdə icarə əsasında Donetsk təmsilçisinə keçə bilər. (sportinfo.az)