Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan Prezidenti: Azərbaycanda bu ilin 7 ayında iqtisadi vəziyyət qənaətbəxşdir

Azərbaycan Prezidenti: Azərbaycanda bu ilin 7 ayında iqtisadi vəziyyət qənaətbəxşdir

Tarix: 21 Avqust 2020 16:45

Azərbaycanda bu ilin 7 ayında iqtisadi vəziyyət hesab edirəm, qənaətbəxşdir, iqtisadiyyat cəmi 2,8 faiz azalıbdır.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev avqustun 21-də 1000 meqavat yükötürmə gücü olan 330/220/110 kilovoltluq "Qobu" yarımstansiyasının tikintisi ilə tanışlıq, həmçinin 385 meqavatlıq "Qobu" Elektrik Stansiyasının təməlini qoyarkən energetiklərlə görüşü zamanı çıxışında deyib.

Dövlət başçısı bildirib:

"Sənaye istehsalı da artmaqdadır. Hətta bu il qeyri-neft sektorunda sənaye artır. Deyə bilərəm ki, pandemiyanın demək olar bütün ölkələrin iqtisadiyyatına mənfi təsir göstərməsinə baxmayaraq və hətta bəzi inkişaf etmiş ölkələrdə iqtisadi tənəzzül 10-15-20 faiz səviyyəsindədir, Azərbaycanda bu ilin 7 ayında iqtisadi vəziyyət hesab edirəm, qənaətbəxşdir, iqtisadiyyat cəmi 2,8 faiz azalıbdır. Ancaq bunu da nəzərə almalıyıq ki, neftin qiyməti düşüb və bu, bizim iqtisadi inkişafımıza mənfi təsir göstərir. Eyni zamanda, OPEC+ razılaşması nəticəsində hasilatımız da bir qədər azalıb. Ancaq sənaye sahəsində, o cümlədən qeyri-neft sənayesi sahəsində artım var və bu artım bu ilin 7 ayında 13 faizdir. Bax, budur, bugünkü Azərbaycan reallıqları. Bu, bir daha onu deməyə əsas verir ki, bundan sonra da elektrik stansiyalarının tikintisi və mövcud stansiyaların istismar müddətinin uzadılması istiqamətində əlavə addımlar atılmalıdır. Biz öz enerji potensialımızdan maksimum istifadə edirik və etməliyik".


Etiketlər:  Azərbaycan Prezidenti Azərbaycanda ilin ayında iqtisadi vəziyyət qənaətbəxşdir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ