Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Avqust 2020 09:04
Fond birjalarında saxlanılan bitkoinlərin həcmi 2018-ci ilin minimumuna qədər enib.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, bu barədə Glassnode analitik şirkəti məlumat yayıb.
Məlumata görə, fond birjalarında saxlanılan bitkoinlərin miqdarı 2,61 milyon BTC-ə endirilib.
Nəzərinizə çatdıraq ki, cari ilin fevral ayında Bitkoinin miqdarı 2,95 milyon BTC-i aşaraq iki ilin maksimumuna çatmışdır. O vaxtdan bu göstərici 9%-dək azalıb.
Şirkət analitikləri fundamental Bitkoin göstəricilərinin yaxşılaşdığını da qeyd ediblər. Şəbəkənin vəziyyəti Glassnode Network Index (GNI) vasitəsilə izlənilib.