Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şərab koronavirusa necə təsir edir?

Şərab koronavirusa necə təsir edir?

Tarix: 22 Avqust 2020 20:51

ACE2 xüsusi fermentinin yüksək konsentrasiyası COVID-19-u müşayiət edən kəskin tənəffüs çatışmazlığı sindromunun şiddətini azaltmaq potensialına malikdir.

Sonxeber.net e-tibb.az-a istinadən bildirir ki, bunu Kanadadakı Laval Universitetinin alimləri açıqlayıb. Onlar antioksidant resveratrolun bu fermentin orqanizmdəki konsentrasiyasını artırdığı qənaətinə gəliblər.
Moskva Dövlət Universitetinin Molekulyar Biologiya Laboratoriyasının aparıcı tədqiqatçısı Roman Zinovkin deyib ki, ACE2 miqdarının artması bir tərəfdən virusun hüceyrəyə girmə ehtimalının artmasına səbəb olur. Digər tərəfdən, bu ferment işləmədikdə, iltihab reaksiyasını artıra bilir, AngII adlı bir peptidin miqdarının artmasına səbəb olur. Bu da xüsusilə qan damarlarını daraldır və endotelə zərər verir: "Ona görə mənim fikrimcə, ACE2-nin olmaması və AngII-nin artıq olması COVID-19-un gedişatına mənfi təsir göstərir".

Bundan əlavə, resveratrol immunitet sisteminin hüceyrələrinə inhibitor təsir göstərir. Kəskin tənəffüs şatışmzalığı sindromunun immunitet sisteminin həddindən artıq aktivliyindən qaynaqlandığını nəzərə alsaq, resveratrolun bu ağırlaşma halında müsbət təsir göstərməsi ehtimal olunur.

Bu antioksidant, qırmızı və ağ şərabda, fıstıqda, püstədə, kakaoda, moruqda, üzümdə və zoğalda olur.


Etiketlər:  Şərab koronavirusa necə təsir edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ