Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Avqust 2020 00:50
Avropa Liqasında ilkin mərhələnin “Linkoln” (Cəbəllütariq) – “Priştina” (Kosovo) oyunu yenidən baş tutmayıb.
Qol.az xəbər verir ki, buna səbəb qonaq komandada yeni koronavirusa yoluxma faktının aşkarlanması olub.
Avqustun 18-də keçirilməli olan qarşılaşma Kosovo təmsilçisinin 8 oyunçusunun virusa yoluxduğu üçün avqustun 22-nə təyin olunmuşdu. Ötən gün qonaqların daha bir neçə oyunçusunun virusa yoluxduğu açıqlanıb. Bu səbəbdən UEFA görüşün oynanılmamasına qərar verib.
Matçın taleyi ilə bağlı hələlik yekun qərar verilməyib. Ancaq böyük ehtimalla kosovolulara texniki məğlubiyyət veriləcək. Bu halda “Linkoln” 1-ci təsnifat mərhələsində Lüksemburqun “Union” klubuna rəqib olacaq.