Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çempionlar Liqasının qalibi - ''Bavariya''!

Çempionlar Liqasının qalibi -  ''Bavariya''!

Tarix: 24 Avqust 2020 00:58

Çempionlar Liqasının final matçı keçirilib.

Qol.az-ın məlumatına görə, Portuqaliyanın paytaxtı Lissabonda təşkil edilən görüşdə Fransa PSJ-si ilə Almaniya "Bavariya"sı üz-üzə gəlib.  Matç Münhen klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Bununla da "Bavariya" tarixində 6-cı dəfə turnirin qalibi olub. PSJ isə tarixində ilk dəfə ÇL-in kubokunu qazanmaq şansını itirib.

23 avqust

Çempionlar Liqası, final

23:00 PSJ (Fransa) - "Bavariya" (Almaniya) - 0:1
Qol:
Koman, 59
Baş hakim: Daniele Orsato (İtaliya)
"Estadio da Luş" stadionu.

 


Etiketlər:  Çempionlar Liqasının qalibi Bavariya


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ