Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Avqust 2020 10:06
Bakı. Trend:
Yağışlı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti - hava limanı - Mərdəkan və Zığ-Beton yolu - hava limanı yollarında sürət həddi bütün zolaqlar üzrə müvafiq olaraq endirilib.
Bakı Nəqliyyat Agentliyindən Trend-ə bildirilib ki, məqsəd yağışlı havada yol hərəkəti təhlükəsizliyinin təmin olunmasıdır. Sürücülərə diqqətli olmaları, yağışlı hava şəraitini nəzərə almaları və sürət həddini aşmamaları tövsiyə edilir.