Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Avqust 2020 11:51
Azərbaycan və Rusiya Müdafiə Nazirlikləri arasındakı razılaşmaya əsasən artıq 4 ildir ki, "Dəniz kuboku" müsabiqəsi Bakı şəhərində Hərbi Dəniz Qüvvələrinin bazasında keçirilir.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə bu gün keçirilən mətbuat konfransında Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı kontr-admiral Sübhan Bəkirov deyib.
O bildirib ki, İran və Qazaxıstan bu yarışa qatılmasa da, Azərbaycan və Rusiya dəniz qüvvələri pandemiya olmasına baxmayaraq, müsabiqənin keçirilməsinə qərar verib: "Müsabiqə 6 mərhələdən ibarətdir. Bunlar dəniz hədəflərinə qarşı artilleriya atışları, hava hədəflərinə qarş artilleriya atışları, üzən minaya qarşı artilleriya atışları, sahil təlim-məşq kompleksində su əleyhinə davamlılıq uğrunda mübarizə, xilasedici vasitələrin istifadəsi, dəniz vərdişləridir.
Müsabiqədə Rusiyanın "Mahaçqala" kiçik artilleriya gəmisi, Azərbaycanın isə G-122 gözətçi gəmisi olmaqla ümumilikdə 2 gəmi iştirak edəcək. Müsabiqənin keçirilməsi Xəzər dənizində sülhün möhkəmləndirilməsi, dostluq əlaqələrinin inkişaf etdirilməsi və təhlükəsizliyin təmin olunmasına xidmət edir".