Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Cənubi Koreyada onlarla region “xüsusi təbii fəlakət zonası” elan edilib

Cənubi Koreyada onlarla region “xüsusi təbii fəlakət zonası” elan edilib

Tarix: 24 Avqust 2020 15:24

Bakı. Trend:

Cənubi Koreyada güclü leysan və daşqınlarla əlaqədar 20 şəhər və rayon, eləcə də 36 kiçik yaşayış məntəqəsi “xüsusi təbii fəlakət zonası” elan edilib.

Trend-in məlumatına görə, müvafiq qərarı ölkə prezidenti Mun Çje İn imzalayıb.

Avqustun əvvəlində ölkənin 18 regionu “xüsusi təbii fəlakət zonası” elan edilmişdi.

Bu il rekord müddətdə - 54 gün davam etmiş yağıntı mövsümündə 30-dan çox şəxs həlak olub, minlərlə sakin yaşayış yerini tərk etmək məcburiyyətində qalmışdı.

Meteoroloqların məlumatına əsasən, hazırda yarımadaya “Bavi” qasırğası yaxınlaşır.


Etiketlər:  Cənubi Koreyada onlarla region xüsusi təbii fəlakət zonası elan edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ