Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Övladlarımla nə vaxt görüşə biləcəyimi də bilmirəm''

''Övladlarımla nə vaxt görüşə biləcəyimi də bilmirəm''

Tarix: 24 Avqust 2020 19:45

"Ən çox London üçün darıxmışam. İlk dəfə həyat yoldaşımla orada 1998-ci ildə olmuşam. Yağışlı və tutqun havasını heç sevməmişdim. Amma şəhər özü maqnit kimi cəlb edicidir - İstanbul kimi...".

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Nura Suri sosial şəbəkədə yazıb. İfaçı uzun müddətdir xaricdə yaşayan övladlarını görə bilmədiyini vurğulayıb:

"Böyük oğlum orda təhsil alacaqdı. Bunu hələ övladım olmazdan əvvəl arzu etmişdim. Həmişə övladlarım oğlan olacaq (qız istəmirdim, çünki qadın olmaq heç asan deyil) və Avropada təhsil alacaqlar deyirdim. Rəfiqələrim qəribə baxırdılar mən belə danışanda. Nə demişdimsə, necə istəmişdimsə, elə də oldu.

Oğlumun 5 yaşı olanda 2000-ci ildə xaricə məktəbə imtahan verib qəbul oldu (Oxford məktəbi). Orada oxuyub bitirəndən sonra İngiltərənin ən yaxşı 6 universitetinə qəbul olundu və ən yaxşısını məsləhətləşıb seçdik. 16 yaşında onu başqa ölkəyə təhsil almağa göndərdim. Ağır oldu mənim üçün... Bir ana kimi, amma arzum idi.
Tək yaşamağı, öz ayaqları üstə durmağı bacarmalı idi. Bacardı da. Şükür...

Londonu məhz oğlum orada yaşayanda sevdim. 5 il orada yaşadı. Ortancıl oğlum da eyni məktəbdə təhsil alırdı və onun da Londonu seçəcəyinə əmin idim. Amma olmadı. Onu həm də yay məktəbinə göndərdim, qardaşı kontrol edəcəkdi. Getdi-gəldi ki, bəs mən Amerikada təhsil alacam, ora mənlik deyil. Məyus oldum, amma necə istəyirsən elə olsun dedim. İmtahan verdi və ən yaxşı universitetə qəbul oldu.

Böyük oğlum da köçdü Amerikaya (işləyir orada) və indi hər ikisi xaricdə yaşayırlar. Amerikanı heç sevə bilmədim. 1 dəfə getdim 1999-cu ildə və sonra getmək istəmədim. Fevralda 1 illik viza aldıq kiçik oğlumla Novruz bayramını qardaşları ilə Amerikada qeyd edəcəkdi, alınmadı, gedə bilmədik ( pandemiyaya görə).

İngiltərəyə isə 5 illik vizam var. Orada ailəvi dostlarımız yaşayır. Bu vaxtlar oralar çox gözəl olur. Payızı orada daha çox sevirəm. Payızın gəlişini Londonda qarşılamağın başqa həzzi var.

Heyif ki, indi həyatımızın, arzularımızın idarəsi öz əlimizdə deyil. Sabah nə olacaq bilmirik. Heç evimizdən istədiyimiz vaxt çıxa biləcəyimiz də bizə məlum deyil. Övladlarımla nə vaxt görüşə biləcəyimi də bilmirəm".

Milli.Az


Etiketlər:  Övladlarımla vaxt görüşə biləcəyimi bilmirəm


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ