Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Avqust 2020 08:34
İtaliyanın "Napoli" klubunun futbolçusu Fabian Ruis İspaniya nəhəngləri "Real" və "Barselona"nın maraq dairəsindədir.
Sonxeber.net apasport.az-a istinadən bildirir ki, bunu yarımmüdafiəçinin agenti Migel Alfaro açıqlayıb.
O bildirib ki, La Liqanın iki ən güclü klubu Ruisi gələn yay heyətinə qatmağı planlaşdırır: "Barselona" və "Real" Fabianın xidmətində maraqlıdır. Bu klublar onu 2021-ci ildə heyətinə qatmağa çalışacaq. Biz qərar verməkdə tələsmirik. Ruisin indiki klubu qarşısında öhdəlikləri var".
Qeyd edək ki, 24 yaşlı ispaniyalının Neapol təmsilçisi ilə müqaviləsi 2023-cü ilin yayında başa çatacaq. O, A seriyasının son mövsümündə keçirdiyi 33 matçda 3 qol vurub.