Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda reyd keçirildi, karantin qaydalarını pozan 9 şirkət cəzalandırıldı

Bakıda reyd keçirildi, karantin qaydalarını pozan 9 şirkət cəzalandırıldı

Tarix: 25 Avqust 2020 11:16

Bakı. Samir Əli - Trend:

Bakıda polis karantin qaydaları ilə bağlı növbəti reyd keçirib.

Trend-in məlumatına görə, reydlər paytaxtın Nərimanov rayonu ərazisində keçirilib. Nərimanov rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən reydlər zamanı rayon ərazisində fəaliyyət göstərən "Euro Tech" MMC, "Müasir Psixologiya Mərkəzi” MMC, "Salar" MMC, "Azərgöktel" MMC, "Marmara İnşaat” MMC, "Sani" Firması, "Hijama Cupping Center" MMC, “Hecer Mehri Beauty Center" MMC və "Nobel Elektrik” MMC-də karantin qaydalarının pozulması faktı aşkarlanıb.

Polis əməkdaşları tərəfindən adıçəkilən şirkətlər barəsində İnzibati Xətalar Məcəlləsinin 211.2-ci (Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə) maddəsi ilə inzibati protokol tərtib edilərək baxılması üçün Nərimanov rayon Məhkəməsinə göndərilib.


Etiketlər:  Bakıda reyd keçirildi karantin qaydalarını pozan şirkət cəzalandırıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ