Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

AZAL Bakıdan Dehliyə ilk birbaşa aviareysi həyata keçirib

AZAL Bakıdan Dehliyə ilk birbaşa aviareysi həyata keçirib

Tarix: 26 Iyun 2019 03:27

Bakı. Trend:

AZAL bu gündən Bakıdan Hindistanın ən böyük şəhərlərindən biri - Dehliyə müntəzəm və çarter reyslərini həyata keçirir.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu gün ilk uçuş baş tutub.

AZAL-ın reysləri həftədə iki dəfə - çərşənbə axşamı və cümə günləri ekonom və biznes sinif konfiqurasiyalı “Boeing-757” təyyarələri ilə həyata keçiriləcək.

Uçuşlar Heydər Əliyev Beynəlxalq Aeroportu Terminal 1-dən həyata keçiriləcək.

Dehlini “yeddi imperiyanın paytaxtı” adlandırırlar. Burada Şərqin nadir memarlığı, müxtəlif mədəniyyətlərin birləşməsi, diqqətəlayiq yerlər və unikal hind mətbəxi ahəng yaradır. Dehlinin müasir şəhərətrafı – Nyu Dehlidə müasir və kolonial üslubda binalar, ticarət mərkəzləri, parklar, hər zövqə uyğun əyləncə, teatrlar, möhtəşəm qədim məscidlər və türbələr cəmləşir.


Etiketlər:  AZAL Bakıdan Dehliyə ilk birbaşa aviareysi həyata keçirib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ