Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

9 aylıq hamilə model podiuma çıxdı - FOTOlar

9 aylıq hamilə model podiuma çıxdı - FOTOlar

Tarix: 18 Oktyabr 2025 13:45

Dünyaca məşhur "Victoria's Secret 2025" moda şousu bu il də unudulmaz anlarla izləyiciləri heyran edib.

Sonxeber.net xarici mətbuata istinadən xəbər verir ki, tədbirin ən diqqətçəkən məqamı model Casmin Tukisin səhnəyə çıxışı olub. O, hamiləliyinin doqquzuncu ayında olmasına baxmayaraq, şounun açılışını edərək tamaşaçılardan böyük alqış qazanıb.

Casmin səhnədə zərif və ahəngdar hərəkətləri ilə fərqlənib, özünəxas duruşu və peşəkarlığı ilə nəhəng auditoriyanın diqqətini cəlb edib.

Mütəxəssislər və moda həvəskarları onun çıxışını "qadın gücünün və zərifliyinin simvolu" kimi dəyərləndiriblər. Beləliklə, "Victoria's Secret 2025" şousu təkcə moda nümayişi deyil, həm də ilhamverici anlarla yadda qalıb.

Musa


Etiketlər:  aylıq hamilə model podiuma çıxdı FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ