Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kamran Ağayevin ''Səbail''ə keçidi təsdiqləndi

Kamran Ağayevin ''Səbail''ə keçidi təsdiqləndi

Tarix: 25 Avqust 2020 17:24

Azərbaycan millisinin keçmiş futbolçusu Kamran Ağayev "Səbail"ə keçib.

Bu barədə komandanın baş məşqçisi Aftandil Hacıyev məlumat verib.

39 yaşlı mütəxəssis 34 yaşlı qolkiperlə 1 illik müqavilə imzalandığını bildirib: "Bu mövsüm bizə kömək etməsə belə, onun kənarda qalmasını istəmədik. Ona görə də təcrübəli qapıçıya yardım etdik. Formasını bərpa edənədək bizimlə olacaq. Tam hazır olduqdan sonra oyunlarda onun xidmətindən də istifadə etməyi düşünürük".

A.Hacıyev Ağayevdən əlavə, heyətə daha bir qolkiper cəlb etmək istədiklərini söyləyib.

Qeyd edək ki, Azərbaycanda "Şəfa", "Turan", "Xəzər Lənkəran", "Bakı", "Qəbələ" komandalarının formasını geyinmiş Kamran Ağayevin son klubu "Keşlə" olub. Milli komandada 78 oyun keçirən qolkiper Türkiyənin "Karşıyaka", "Kayserispor", Portuqaliyanın "Boavişta" və Çexiyanın "Mlada-Boleslav" komandalarında da çıxış edib. O, 1 ildən çoxdur klubsuz idi (Report).

 


Etiketlər:  Kamran Ağayevin Səbailə keçidi təsdiqləndi


RƏYLƏR