Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Superliqada azarkeşlər oyuna buraxılır - Rəsmi

Superliqada azarkeşlər oyuna buraxılır -  Rəsmi

Tarix: 25 Avqust 2020 19:02

Türkiyə Superliqasında 2020-2021 mövsümünün oyunları azarkeşlərin iştirakı ilə keçiriləcək.

Qol.az xəbər verir ki, bu barədə yerli federasiyanın rəsmi saytı məlumat yayıb.

Oktyabr ayından tribunaların 30 faizinin doldurulması şərtilə azarkeşlərin stadionlara buraxılacağı bildirilib. Oturacaqlardan istifadə sərbəst olacaq.

Stadionun girişində hərarəti ölçüləcək fanatlar sosial məsafə qaydalarına əməl etməli və maska taxmalıdırlar.

Qeyd edək ki, startı sentyabrın 12-nə nəzərdə tutulan Superliqanın püşkü avqustun 27-də atılacaq.
 


Etiketlər:  Superliqada azarkeşlər oyuna buraxılır Rəsmi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ