Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Səhradakı sirli qədim quruluşların məqsədi aşkara edilib

Səhradakı sirli qədim quruluşların məqsədi aşkara edilib

Tarix: 25 Avqust 2020 20:56

Arxeoloqlar, yeddi min illik tarixi olan Ərəbistan yarımadasında yerləşən sirli daş konstruksiyaların ritual məqsədlər üçün təyin olunduğunu aşkar edib. Bu barədə "The Holocene" jurnalında məlumat verilib. Mustatil adlanan böyük daş abidələr daş silsilələrin uzun düzbucaqlarına bənzəyir və Xarrat-Xaybar vulkanik sahəsində yerləşir.

Sonxeber.net deyerler.org-a istinadən bildirir ki, bu abidələr Misirin "Giza" piramidalarından minlərlə yaş daha böyükdür. Onlar 2017-ci ildə peyk fotoşəkillərindən istifadə edilərək aşkar edilib. Arxeoloqlar yeni araşdırmalar zamanı Nefud səhrasının cənub kənarında 104 yeni mustatil kəşf edib. Xarrat-Xaybarın mustatillərı kimi, Nefud səhrasının mustatilləridə uzun iki platformadan ibarətdir. Onların divarları 600 metrdən çox olan aşağı divarlarla bağlanıb. Qədim inşaatçılar əvvəlcə şaquli daşlar qoymuş, bundan sonra aralarındakı boşluğu doldurub. Quruluşların birində kömür aşkar edilib, bu da mustatilin tikilmə tarixini təyin etməyə kömək edib. Tədqiqatçıların fikrincə, mustatillər ritual funksiya yerinə yetirmiş və heyvan qurbanlıqlarının kəsilməsi və ya müqəddəs hesab edilən bayramlar üçün nəzərdə tutulub.


Etiketlər:  Səhradakı sirli qədim quruluşların məqsədi aşkara edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ