Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kameraları kompüterə bağlamaq üçün tətbiq hazırlandı

Kameraları kompüterə bağlamaq üçün tətbiq hazırlandı

Tarix: 25 Avqust 2020 21:16

Sony şirkəti kameraları webcam olaraq istifadə etmək üçün xüsusi tətbiq hazırlayıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, tətbiq pandemiyadan sonra Zoom, Microsoft Teams və digər platformalara artan tələbat nəzərə alınaraq hazırlanıb. Tətbiq vasitəsilə sadə kameraları kompüterlə əlaqələndirərək webcam-a çevirmək mümkündür.

Imaging Edge Webcam adlanan tətbiq Windows əməliyyat sisteminin istifadə olunduğu bütün kompüterlər üçün yararlıdır. Hələlik tətbiqin MacOS dəstəyinin olmadığı bildirilib.

USB vasitəsilə tətbiqin köməyi ilə kompüterə bağlanan kameralar görüntü keyfiyyətini də artırır.

Milli.Az


Etiketlər:  Kameraları kompüterə bağlamaq üçün tətbiq hazırlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ