Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Kalaşnikov” smart tüfəng buraxacaq

“Kalaşnikov” smart tüfəng buraxacaq

Tarix: 25 Avqust 2020 22:40

Ağıllı silah, "MP-155" hamar silahlar bazasında hazırlanıb. "Kalaşnikov" nümayəndələrinin sözlərinə görə, prototip innovativ dizaynda ilk ağıllı silahdır və cihazlarda sinxronlaşmanı dəstəkləyir.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, sosial şəbəkələrdə yayımlanan videoda silahda seçim rejimində olan monoxrom ekran var - "Kamera", "Atışma", "Kompas" və s. Ekranda batareya səviyyəsini, blutuz və Wi-Fi nişanlarını görə bilərsiniz. Təkmilləşdirilmiş "MP-155" avtomatı, konsernin icraçı direktoru Dmitriy Tarasovun "instaqram" ünvanında da elan edilib. Videoda Tarasov ağıllı silahlardan bir neçə atəş açır. Yeni silahın texniki xüsusiyyətləri açıqlanmır. Ağıllı silah 23-29 avqust tarixlərində keçiriləcək Ordu 2020 Forumunda təqdim ediləcək.

Milli.Az


Etiketlər:  Kalaşnikov smart tüfəng buraxacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ