Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Avqust 2020 12:20
“Neftçi”nin Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi “Şkupi” iştirak ərizəsini UEFA-ya təqdim edib.
Qol.az xəbər verir ki, Şimali Makedoniya klubu Bakıya 21 oyunçu ilə gələcək. Onların arasında komandanın yeni transferi - millimizin, "Neftçi"nin və "Qarabağ"ın sabiq futbolçusu Elvin Yunuszadə də var.
Qarıçılar: 1. Kristian Naumoski, 12. Artan İlyazi
Müdafiəçilər: 3. Darko Qlişiç, 4. Ardit İlyazi, 16. Besart Krivanyeva, 22. Filip Qliqorov, 32. Elvin Yunuszadə (Azərbaycan), 33. Lima da Silva Neto (Braziliya)
Yarımmüdafiəçilər: 6. Salim Farsak (Türkiyə), 8. Fatyon Yusifi, 10. Besar İseni, 14. Alvares Rodriges (Kosta-Rika), 19. Qudiabi Omar, 21. Sabit Bilallı, 23. Ramin Alii
Hücumçular: 5. Diak Lamine (Seneqal), 7. Yakub Berişa, 9. Suhejl Muharem, 11. İlired Ademi, 20. Dembo Darbo (Qambiya), 30. Fırat Güllü
Qeyd edək ki, "Neftçi" - "Şkupi" oyunu avqustun 27-də "Bakcell Arena"da keçiriləcək.