Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Badmintonçumuz “Minsk 2019”da 1/8 finala vəsiqə qazanıb

Badmintonçumuz “Minsk 2019”da 1/8 finala vəsiqə qazanıb

Tarix: 26 Iyun 2019 10:52

Bakı. Trend:

Badmintonçumuz Ezmi Qovimuramadhoni "G" qrupunda keçirdiyi ardıcıl ikinci görüşündə qələbə qazanaraq son turun nəticəsindən asılı olmayaraq 1/8 finala vəsiqə qazanıb.

Azərbaycan Badminton Federasiyasından Trend-ə verilən məlumata görə, Ezmi ikinci turda Lüksemburq təmsilçisi Robert Mann üzərində 2:0 (21-18,21-15) hesablı qələbə qazanaraq bu şərəfə nail olub.

Xatırladaq ki, Ezmi ilk oyununda Rumıniya badmintonçusu Kollins Valentin Filimona 2:1 (21-19,18-21,21-10) hesabı ilə qalib gəlib.

Ezminin bu mərhələdə son oyunu bu gün qrupun reytinq favoriti Rusiya idmançısı Vladimir Malkovla olacaq. Oyunun planlaşdırılan başlama saatı Bakı vaxtı ilə saat 14:00-dır.

Turnirin reqlamentinə əsasən qrup mərhələsində ilk 2 yeri tutan badmintonçu 1/8 final mərhələsinə vəsiqə qazanacaq.

“Minsk 2019”da badminton üzrə yarışlar 24-30 iyun tarixlərini əhatə edəcək. Oyunlar Minskin 2016-cı ildən istifadəyə verilən “Falcon club” arenasında keçirilir. Kişilərin şəxsi kateqoriyasında ümumilikdə 32 badmintonçu II Avropa Oyunlarının medalları uğrunda mübarizə aparır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Badmintonçumuz Minsk 2019da finala vəsiqə qazanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ