Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ceyhun Bayramov Azərbaycan-Rusiya Hökumətlərarası İqtisadi Komissiyasının həmsədri ilə görüşüb

Ceyhun Bayramov Azərbaycan-Rusiya Hökumətlərarası İqtisadi Komissiyasının həmsədri ilə görüşüb

Tarix: 26 Avqust 2020 21:36

Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində Xarici İşlər naziri Ceyhun Bayramov Rusiya Federasiyası Hökumətinin sədr müavini, Azərbaycan-Rusiya Hökumətlərarası İqtisadi Komissiyasının həmsədri Aleksey Overçuk ilə görüşüb.

Nazirlikdən Sonxeber.net-a verilən məlumata görə, görüş zamanı Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələr üzrə hərtərəfli əməkdaşlığından məmnunluq ifadə edildi. İqtisadi Əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Komissiyanın cari ilin iyun ayında keçirilən son iclası zamanı razılaşdırılan məsələlərin həyata keçirilməsi, eləcə də müxtəlif istiqamətlər üzrə qarşılıqlı fəaliyyətə dair yol xəritələrinin reallaşdırılmasına dair fikir mübadiləsi aparıldı.

Tərəflər humanitar, mədəniyyət və təhsil sahələrində əməkdaşlığın möhkəmləndirilməsi mövzularını müzakirə etdilər. Regionlararası əməkdaşlığın genişləndirilməsi və bu əməkdaşlığı təşviq edən tədbirlərin keçirilməsinin əhəmiyyəti vurğulandı.

Qarşılıqlı sərmayə qoyuluşları, o cümlədən Rusiya şirkətlərinin maşınqayırma, əczaçılıq, dəmiryolu və digər sahələrdə istehsala sərmayə qoyuluşu məsələsi müzakirə edildi.

İqtisadi-ticarət əlaqələrinin inkişafı baxımından xüsusi əhəmiyyəti olan Şimal-Cənub nəqliyyat dəhlizi və Samur çayı üzərində tikilmiş yeni körpünün istifadəyə verilməsinin qarşılıqlı əlaqələrə təkan verəcəyi qeyd edildi.

Tərəflər, habelə qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə etdilər.


Etiketlər:  Ceyhun Bayramov Azərbaycan Rusiya Hökumətlərarası İqtisadi Komissiyasının həmsədri ilə görüşüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ