Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Avqust 2020 23:15
Kentukki Universitetinin "Sanders-Brown" Yaşlanma Mərkəzinin mütəxəssisləri altsheymer xəstəliyini TREM2 reseptorunu aktivləşdirən anticisimlərlə müalicə etmək üsulunu təklif ediblər.
Sonxeber.net xəbər verir ki, Tədqiqat "Neuroinflammation Journal"da dərc olunub.
Texnologiya qocalıqda demensiyanın (Demensiya - ağılın zəifləməsi, əvvəllər qazanılmış bilik və vərdişlərin, həyat keyfiyyətlərinin bu və ya digər dərəcədə itirilməsi, yenilərinin isə əldə edilməsinin mümkünsüzlüyü ilə xarakterizə olunan patoloji sindrom) inkişafına səbəb olan neyroinflamasiyaya təsir göstərməyə imkan verir.
Yeni metodun artıq laboratoriya siçanlarında uğurla sınaqdan keçirildiyi bildirilir. (publika.az)