Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Avqust 2020 00:02
Bakı. Ceyhun Ələkbərov - Trend:
COVID19 pandemiyasının yayılma təhlükəsi səbəbindən sərnişinlər üçün sərhədlərin bağlanmasına görə Azərbaycanda qalan daha 16 Qazaxıstan vətəndaşı və bu ölkədə yaşamaq hüququ olan 19 Azərbaycan, 1 Özbəkistan və 2 Rusiya vətəndaşı bu gün Qazaxıstana yola salınıblar.
Bu barədə Trend-ə Bakı Limanından bildiriblər. Qeyd olunub ki, Azerbaijan Caspian Shipping Company / Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin “Merkuri 1” bərə gəmisi ilə yola salınan vətəndaşlar hər zaman olduğu kimi ilk olaraq Bakı Limanında COVID-19 pandemiyası ilə bağlı virusa qarşı test keçiblər və testin nəticəsi bütün sərnişinlərdə neqativ çıxıb.
Xatırladaq ki, cari ilin 13 may tarixindən Qazaxıstanda #karantin dövründə sərhədin keçilməsinə dair yeni qaydalar qüvvəyə minib və bu səbəbdən #Kurıklimanı ölkə vətəndaşları və ölkədə yaşamaq icazəsi olan xarici vətəndaşların qəbulunu bərpa edib. Son 4 ay ərzində isə ümumilikdə 210 Qazaxıstan vətəndaşı və 133 xarici ölkə vətəndaşı Bakı Limanından yola salınmışdır.