Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Iyun 2019 11:36
Bakı. Trend:
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov iyunun 27-28-də keçiriləcək Seçki İdarəetmə Orqanlarının 16-cı Avropa Konfransında iştirak etmək məqsədilə Slovakiya Respublikasına səfər edib.
MSK-dan Trend-ə bildiriblər ki, “Seçki mübahisələrinin həlli” mövzusunda keçiriləcək, dünyanın müxtəlif ölkələrindən çoxsaylı ali seçki qurumlarının və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərinin, habelə beynəlxalq seçki ekspertlərinin də qatılacağı tədbir seçkilərə dair bir sıra məsələlərin və ölkələrin əldə etdiyi yaxşı təcrübələrin müzakirəsinə həsr olunub.
Avropa Şurası Venesiya Komissiyasının rəhbəri Tomas Markertin dəvətinə əsasən həyata keçirilən səfər çərçivəsində sədr M.Pənahovun seçki idarəetmə qurumlarının və beynəlxalq təşkilatların rəhbərləri, eləcə də digər rəsmi şəxslərlə görüşləri, qurumlararası əlaqələrin inkişaf perspektivləri, qarşılıqlı faydalı əməkdaşlıq və maraq doğuran məsələlər ətrafında müzakirələrin aparılması nəzərdə tutulur.
Səfər zamanı MSK sədrini Komissiya Katibliyinin müdiri Rövzət Qasımov müşayiət edir.