Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Avqust 2020 15:16
Azərbaycanlı FİFA referisi Rəhim Həsənovun başçılıq etdiyi hakimlər briqadası Avropa Liqasının 1-ci təsnifat mərhələsində dünən keçirilən "Proqres” (Lüksemburq) - "Zeta" (Monteneqro) oyununu idarə edib.
Qol.az xəbər verir ki, meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatan görüşdə R.Həsənov 55-ci dəqiqədə qonaq komandanın qapısına penalti təyin edib. O, eyni zamanda "Proqres"in 4, "Zeta"nın isə 3 futbolçusuna sarı vərəqə göstərib.
Qeyd edək ki, Rəhim Həsənova Zeynal Zeynalov, Namiq Hüseynov və Elçin Məsiyev kömək ediblər.