Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Motorola” şirkəti “Moto G9” smartfonunu təqdim edib

“Motorola” şirkəti “Moto G9” smartfonunu təqdim edib

Tarix: 27 Avqust 2020 21:12

"Motorola" şirkəti yeni "Moto G9" modeli ilə ucuz "Android" qurğular çeşidini genişləndirib. Ucuz olmasına baxmayaraq, aparat yeni "Snapdragon" prosessoru, 4 QB əməli yaddaş, 48 meqapiksellik əsas kamera və 5000 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib.
 
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, "Moto G9" aparatı 2020-ci ilin martında təqdim edilmiş "Moto G8"in varisidir. Cihaz tərəflər nisbəti 20:9 olan 6,5 düymlük HD təsvir ölçülü ekran, 8 meqapiksellik selfi modula malikdir. Qurğunun arxa tərəfində 48, 2 və 2 mp-lik datçiklər, həmçinin işıq diodu işıqlandırıcısına malik əsas kamera bloku yerləşdirilib.
 
Smartfon 8 nüvəli "Snapdragon 662" mobil platforması, 4 QB əməli yaddaş və 64 QB daxili yaddaş ilə təchiz edilib. 20 vatlıq sürətli enerjidoldurma texnologiyasını dəstəkləyən modelin daxili akkumulyatorunun tutumu 5000 mAs təşkil edir. Aparat "Google" səs köməkçisinin çağırılması üçün xüsusi düymə, "NFC" modulu və arxa paneldə yerləşdirilmiş barmaq izləri skanerinə malikdir. Cihaz "Android 10" mobil əməliyyat sisteminin idarəetməsi altında işləyir.
 


Etiketlər:  Motorola şirkəti Moto smartfonunu təqdim edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ