Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şəbəkədaxili kiberhücumların sayı azalıb — Azərbaycanda

Şəbəkədaxili kiberhücumların sayı azalıb — Azərbaycanda

Tarix: 27 Avqust 2020 22:20

Azərbaycanda 2020-ci ilin avqust ayında şəbəkədaxili kiberhücumların sayı azalıb.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, bu barədə Kaspersky şirkətinin Azərbaycan üzrə virus təhlilinin nəticələrində qeyd olunur.
 
İyul ayında olan kiberhücum artımına baxmayaraq, hazırda vəziyyət kifayət qədər stabildir. Əvvəlki ayda 50000-ə çatan kiberhücümların sayı son həftəsonunun nəticələrinə əsasən 15674-ə qədər enib.
 
Kaspersky-nin məlumatına görə, şəbəkə hücumlarında aşağıdakı virus növlərindən istifadə olunub:
 
1. Bruteforce.Generic.Rdp.d 13.42%
 
2. Intrusion.Win.MS17-010.o 13.41%
 
3. Bruteforce.Generic.Rdp.a 2.1%
 
4. Bruteforce.Generic.Rdp.c 0.85%
 
5. Scan.Generic.PortScan.TCP 0.17%
 
6. DoS.Generic.Flood.TCPSYN 0.08%
 
 7. Scan.Generic.PortScan.UDP 0.04%
 
 8. Intrusion.Win.MS17-010.cf 0.03%
 
9. Intrusion.Win.MS17-010.p 0.03%
 
 10. Intrusion.Win.CVE-2019-0708.b.exploit 0.01%
 
 Qeyd edək ki, Azərbaycan hazırda kiberhücumların sayına görə, dünya üzrə 97-ci yeri tutur. Ötən ay isə bu göstərici 87-93 arasında idi.
 


Etiketlər:  Şəbəkədaxili kiberhücumların sayı azalıb Azərbaycanda


RƏYLƏR