Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Avqust 2020 22:52
Feysbuk Fransa dövlətinə son on ildə korporativ vergi ilə bağlı əlavə 106 milyon avro ödəyəcək.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, bu barədə Feysbuk açıqlama yayıb.
"Vergi öhdəliklərimizi ciddiyə alırıq, fəaliyyət göstərdiyimiz bazarlarda vergi ödəyirik və yerli vergi orqanları ilə sıx işləyirik", - deyə şirkətdən bildirilib.
Qeyd olunur ki, ödəmələr 2009-2018-ci illər üçün əlavə vergilərə aiddir.