Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Malidə hərbi qüvvələr keçmiş baş naziri azad edib

Malidə hərbi qüvvələr keçmiş baş naziri azad edib

Tarix: 28 Avqust 2020 03:36

Bakı. Trend:

Ötən həftə Malidə hakimiyyəti ələ keçirən hərbiçilər keçmiş baş nazir Bubu Sisseni azad edib.

Trend-in məlumatına görə, bu barədə "Le Journal du Mali" qəzeti bildirib.

Bildirilib ki, keçmiş baş nazirlə eyni vaxtda Mali Milli Assambleyanın (bir palatalı parlament) sədri Musu Timbin də azadlığa buraxılıb.

Onlar 18 avqust çevriliş günü hərbiçilər tərəfindən həbs edilib və ölkənin paytaxtı Bamako yaxınlığındakı Kati ordu bazasında saxlanılıblar.


Etiketlər:  Malidə hərbi qüvvələr keçmiş baş naziri azad edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ