Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sevgilisi Təranəni polisə şikayət etməyi məsləhət gördü

Sevgilisi Təranəni polisə şikayət etməyi məsləhət gördü

Tarix: 28 Avqust 2020 19:05

Prodüser Təranə Səmədova xəyanətə məruz qaldığını iddia edib.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, o, instaqramda post paylaşaraq sevgilisi Samirin Vəfa adlı xanımla münasibətdə olduğunu qeyd edib.

T. Səmədova sosial şəbəkədə hər iki şəxsin yazışmasını paylaşaraq onları ifşa edib. Belə ki, sözügedən xanım Səmədovanın onun profilini paylaşmasına etiraz edərək Samirə yazıb. Samir isə xanıma cavab verərək prodüseri polisə verməyi məsləhət görüb.

"Bu zəmanədə heç kimə inanmayın, güvənməyin. "Heç zaman" dedikləriniz belə sizi aldadar, arxadan vurar. Arxamca həbsxana qapılarına qədər gələn bu oğlan yeni bir qızla tanış olub. Səhifəsini izləyir, fotolarını bəyənir. Etdiyim bütün fədakarlıqların cavabı budur", - deyə Təranə paylaşdığı görüntülərə şərh yazıb.

O, daha sonra postun şərh bölməsində mövzu barədə növbəti dəfə açıqlama edib: "Qız bilə-bilə ki, Samir həyatımdadır, onunla danışır. "Direct"inə yazıram, cavab vermir. Hekayə bölməsində onun profilini paylaşdıqdan sonra reaksiya verir. Əsas günah Samirdədir. Amma xanım da hörmət qoymağı bacarmalıdır".


Etiketlər:  Sevgilisi Təranəni polisə şikayət etməyi məsləhət gördü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ