Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycan boksçusu II Avropa Oyunlarının yarımfinalına vəsiqə qazanıb

Azərbaycan boksçusu II Avropa Oyunlarının yarımfinalına vəsiqə qazanıb

Tarix: 26 Iyun 2019 19:26

Bakı. Trend:

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında boks yarışları davam edir.

Trend-in məlumatına görə, bu gün “Uruçye Arena”da 1/4 final mərhələsinin döyüşləri keçirilir. Azərbaycan yığmasının boksçusu Lorenzo Sotomayor da növbəti döyüşünə çıxıb. 69 kq çəki dərəcəsində çıxış edən idmançımız Olimpiya mükafatçısı kosovolu Patriot Behrami ilə qarşılaşıb və rəqibinə 5:0 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib. L.Sotomayor bununla da II Avropa Oyunlarının azı bürünc medalını təmin edib.

2015-ci ildə Bakıda keçirilən I Avropa Oyunlarının qalibi olan boksçumuz yarımfinalda Pat Makkormakla (Böyük Britaniya) görüşəcək. L.Sotomayorun növbəti döyüşü iyunun 28-də baş tutacaq.


Etiketlər:  Azərbaycan boksçusu II Avropa Oyunlarının yarımfinalına vəsiqə qazanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ