Tarix: 29 Avqust 2020 16:24
“Barselona” rəhbərliyi komandadan ayrılacağı gözlənilən kapitan Lionel Messinin görüş təklifinə 24 saat ərzində heç bir reaksiya verməyib.
Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, rəhbərlik onun getmək istəməsinə müsbət yanaşmır. Kataloniya klubunun idarə heyətinin 33 yaşlı oyunçu ilə ayrılıq məsələlərini müzakirə etmək yox, yalnız yeni müqavilə bağlamaq üçün bir araya gələcəyi bildirilib.
Xəbərdə o da qeyd olunub ki, L.Messi azarkeşlərə hörmət göstərərək klubdan münaqişə ilə ayrılmaq istəmir.
Qeyd edək ki, L.Messi La Liqa təmsilçisinini rəhbərliyindən narazı olduğu üçün müqaviləsinə xitam vermək istəyir.