Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İlk iPhone-dan bu günə: Smartfon nə qədər inkişaf etdirilib?

İlk iPhone-dan bu günə: Smartfon nə qədər inkişaf etdirilib?

Tarix: 29 Avqust 2020 20:12

iPhone ilk dəfə 2007-ci ilin 9 yanvarında nümayiş edilib. Dünyanın ən çox satılan "ağıllı" telefonu olan iPhone ilk olarak nümayişindən təxminən altı ay sonra, 2007-ci 29 iyununda satışa çıxarılıb. 3,5 düym şüşə və multi-touch ekranı ilə böyük maraq oyadan, 2G texnologiyasını dəstəkləyən, 11,6 mm qalınlığındakı ilk iPhone-da 5 ədəd düymə və xrom üzlüklü metal çərçivə vardı. Cihaz ümumilikdə 135 qram ağırlığında idi. 6 milyondan çox satılaraq böyük uğur qazanıb. 3G texnologiyasının geniş yayılmasından sonra, 2008-ci ildə iPhone-un 3G modeli təqdim olunub. Növbəti ildə isə 3GS modeli rəflərdə yerini alıb.

Sonxeber.net ted.az-a istinadən iPhone telefonlarının ilk gündən indiyə hansı dəyişiklikləərə məruz qaldığını araşdırıb:

Ekran

3GS modeli 480×320 parlaqlığa sahib 3,5 düymlük sensor ekrana sahib idi. 11 Pro isə 5,8 düymlük ekrana və 1125×2436 parlaqlığa malikdir. Bu illər ərzində iPhone-ların ekran mövzusunda ciddi irəliləyiş əldə etdiyi ortadadır.

Kamera

3GS modeli 3.2Mp-lik kamera daşıyırdı. 11 Pro-da isə 12Mp-lik kamera mövcuddur. Daha yüksək piksel, optik görüntü sabitləmə kimi avantajları ilə HDR proqram optimizasiyası sayəsində fotoların keyifiyyətində ciddi dəyişiklik var.

Avadanlıq və proqramlar

Proqram təminatında ən son yeniləməsi iOS 6.1.6 olan 3GS 65nm çip dəstinə sahib prosessora malik idi. 11 Pro isə A13 Bionic 7nm prosessorunu daşıyır. Apple-ın bu məsələdə də olduqca ciddi yol qət etdiyini görmək olar.

Nəticə etibarilə iPhone-un ciddi irəliləyiş əldə etdiyini əminliklə demək olar.


Etiketlər:  İlk iPhone günə Smartfon qədər inkişaf etdirilib


RƏYLƏR