Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Avqust 2020 20:20
Beynəlxalq miqyasda 6 trilyon dollar zərərə səbəb olması gözlənilən kiberhücumlara qarşı ən dözümsüz sektorlar bəlli olub.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, Keepnet Labs-ın hesabatına görə, kiberhücumlar nəticəsində ötən ilin birinci yarısında 4,1 milyard dollarlıq data sızıntısı baş verib. 1 təhlükəsizlik problemini aşkarlamaq üçün isə ortalama 206 gün vaxt sərf olunub. Bu data sızıntısı ümumilikdə 3,92 milyon dollar dəyərində qiymətləndirilib. Önümüzdəki həftələrdə isə kiberhücumların 6 trilyon dollar zərərə səbəb olacağı təxmin edilir.
Hesabata görə, kiberhücumların 90%-i elektron poçt vasitəsilə həyata keçirilir. Bildirilib ki, bu məqsədlə, 410 min elektron poçt SMS-i göndərilib.
Hesabatda, həmçinin o da qeyd olunub ki, hər 2 şəxsdən 1-i spam, viruslu elektron poçt SMS-lərini açaraq oxuyur. Hər 3 işçidən 1-i göndərilən təhlükəli linklərə daxil olur. Hər 8 iş adamından 1-i isə elektron poçtunda kibercinayətkarlar üçün faydalı olan məlumatlar paylaşır.
Bu zərərli linklərə daxil olma faizi ən yüksək olan sektorlar isə məsləhət şirkətləri, geyim və aksesuar istehsalçıları, təhsil, texnologiya sektorlarıdır.