Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Avqust 2020 21:40
Ən böyük tədarükçülər siyahısında Samsung və Huawei qərarlaşıb.
Gartner analitik şirkətinin mütəxəssisləri smartfon bazarında bu ilin ikinci rübünə dair olan nəticələri açıqlayıb. Onların sözlərinə görə, COVID-19 pandemiyası sözügedən bazarı şikəst edib, bazarda illik ifadə ilə 20.4% azalma qeydə alınıb.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, ümumilikdə rüb ərzində satış üçün 295 milyon cihaz tədarük edilib. Əsas tədarükçülər arasında ən ağır zərbə Samsung-a dəyib. Şirkət smartfonlarının satış həcmi 75,1 milyondan 54,8 milyon ədədə, yəni 27,1% azalıb. Bu da Cənubi Koreya istehsalçısının bazar payının 20,3%-dən 18.6%-ə enməsinə səbəb olub.
Maraqlıdır ki, ikinci yeri tutan və ABŞ-ın təzyiqi altında olan Huawei-in smartfon satışları cəmi 6,8% azalıb. Bu da Çin istehsalçısına il ərzində 15,7%-dən 18,4% qədər artan bazar payına görə, Samsung şirkətinə yaxınlaşmasına imkan verib. Üçüncü yerdə satışları cəmi 0,4% azaldan Apple şirkəti qərarlaşıb. İl ərzində onun payı 10,4%-dən 13%-ə yüksəlib. İlk beşliyə Xiaomi və Oppo da daxildir. Xiaomi satışları 21.5% azalaraq bazarın 8.9%-ni, Oppa-nın isə satışları 15.9% azalaraq, bazarın 8.0%-ni tutub. Bütün digər bazar iştirakçılarının ümumi payı il ərzində 37,1%-dən 33,2%-ə düşüb.