Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İngiltərə Super Kubokunun qalibi bəlli oldu

İngiltərə Super Kubokunun qalibi bəlli oldu

Tarix: 30 Avqust 2020 09:40

Futbol üzrə İngiltərə Super Kubokunun qalibi müəyyənləşib.

Sonxeber.net xəbər verir ki, bu titula tarixində 16-cı dəfə "Arsenal" layiq görülüb. "Uembli" stadionunda keçirilmiş matçda ölkə kubokunun son sahibi çempion "Liverpul"la üz-üzə gəlib.

Qarşılaşmanın əsas vaxtında qalibi müəyyənləşdirmək mümkün olmayıb - 1:1. 12-ci dəqiqədə "topçular"dan Pyer-Emerik Obameyanqın qoluna 73-cü dəqiqədə "qırmızılar"dan Takumi Minamino cavab verib. Əlavə vaxtda da hesab dəyişmədiyindən, qalib penaltilər seriyasında müəyyənləşib. Bu bölümdə isə "Arsenal" daha üstün olub - 5:4. 

Qeyd edək ki, İngiltərə Premyer Liqasında yeni mövsümə sentyabrın 12-də start veriləcək.


Etiketlər:  İngiltərə Super Kubokunun qalibi bəlli oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ