Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ceyranbatanda Aşura mərasimi keçirmək istəyənlər cərimələnib (FOTO)

Ceyranbatanda Aşura mərasimi keçirmək istəyənlər cərimələnib (FOTO)

Tarix: 30 Avqust 2020 12:42

Bakı. Trend:

Ceyranbatanda Aşura mərasimi keçirmək istəyənlər cərimələnib.

DİN Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, avqustun 30-da Abşeron rayonu Ceyranbatan qəsəbəsi ərazisində bir qrup şəxsin “Aşura” mərasiminin keçirilməsi ilə əlaqədar məscidin qarşısına toplaşdıqları müəyyən olunub. Həmin şəxslər ümumilikdə 29 nəfər, həmçinin Ceyranbatan məscidinin axundu Kazım Əyyubov ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən saxlanılaraq Polis İdarəsinə gətirilib.

Polis Bölməsində onlarla izahedici söhbətlər aparılıb. Xüsusi karantin rejimi qaydalarını pozaraq sosial məsafəni gözləmədiklərinə görə 29 nəfər barəsində inzibati protokollar tərtib olunaraq hər biri cərimə olunub.

Qeyd edək ki,saxlanılan şəxslər arasında mülki öhdəliklərini yerinə yetirmədiyi üçün axtarışda olan Abşeron rayon sakini Novruz Aslanov da olub.

Ceyranbatanda Aşura mərasimi keçirmək istəyənlər cərimələnib (FOTO) - Gallery Image Ceyranbatanda Aşura mərasimi keçirmək istəyənlər cərimələnib (FOTO) - Gallery Image Ceyranbatanda Aşura mərasimi keçirmək istəyənlər cərimələnib (FOTO) - Gallery Image


Etiketlər:  Ceyranbatanda Aşura mərasimi keçirmək istəyənlər cərimələnib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ