Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

MBA ulduzu 53 yaşında vəfat etdi

MBA ulduzu 53 yaşında vəfat etdi

Tarix: 30 Avqust 2020 18:30

"Portlend Treyl Bleyzers" klubunun keçmiş basketbolçusu Klifford Robinson 53 yaşında dünyasını dəyişib.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Milli Basketbol Assosiasiyasının (MBA) saytında məlumat verilib.  

Eks-idmançı avqustun 29-da vəfat edib.

Qeyd edək ki, Robinson MBA-da 18 mövsüm çıxış edib. Onun hesabında 1380 matç var. "Portlend Treyl Bleyzers"lə yanaşı o, həmçinin "Detroyt Pistons", "Qolden Steyt Uorriorz", "Nyu-Cersi Nets"də oynayıb. 1994-cü ildə Robinson MBA Ulduzlarının matçında iştirak edib. Amerikalı karyerasını 2007-ci ildə başa vurub.


Etiketlər:  ulduzu yaşında vəfat etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ