Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qorxu məhsuldarlığı artırır - ARAŞDIRMA

Qorxu məhsuldarlığı artırır - ARAŞDIRMA

Tarix: 30 Avqust 2020 22:12

İnsanlar onlara diskomfort yaradan problemi daha tez həll edirlər.

Sonxeber.net bildirir ki, bu qənaətə Kanadanın Britaniya Kolumbiyası Universitetinin alimləri gəliblər.

Aparılan araşdırmanın sonuclarına görə, problemin yaratdığı qorxu elə stresə gətirib çıxara bilər ki, insan onun qarşısında ərincək olmayacaq və hər şeyi bacardıqca cəld etməyə çalışacaq.

Alimlərin fikrincə, hər şey insanın durumu necə qavramasından asılıdır. Məsələn, gələcəkdə alacağı pensiyanın fikrini çəkən insanlar bu məsələni dərd etməyənlərdən 43% daha aktiv pul yığmağa başlayırlar.

Eyni şeyi ayrılıq haqqında da söyləmək olar. Belə ki, insan bunu stres durumu kimi dəyərləndirirsə, ağrılı söhbətə daha tez keçəcək.

Məqalədə vurğulanıb ki, əgər məsələ xoşagəlməz, ancaq dözümlüdürsə, insanlar bunu aylar və illər sonraya saxlaya bilər. Araşdırmaçılar belə durumdan çıxış yolunu təklif ediblər: fəaliyyətsizliyinizin ən mənfi fəsadlarını təsəvvür edin. Qısası, özünüzü qorxudun - o zaman işləriniz daha sürətlə gedəcək. (ölkə.az)


Etiketlər:  Qorxu məhsuldarlığı artırır ARAŞDIRMA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ