Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Iyun 2019 08:40
Bakı. Trend:
Fransanın "PSJ" klubu braziliyalı hücumçusu Neymarı keçmiş klubu "Barselona"ya satmaqdan imtina edib.
Trend-in "Le Parisien" nəşrinə istinadən verdiyi məlumata görə, "PSJ" Kataloniya komandası ilə danışıqlardan imtina edib.
Lakin 27 yaşlı futbolçunun özü iyulun 7-si klubdan ayrılmaq istədiyini bəyan etmək niyyətindədir.
Xatırladaq ki, Neymar "PSJ"yə 2017-ci ildə 222 milyon avroya keçib. Hücumçunun Fransa klubu ilə razılaşması 2022-ci ilin yay mövsümündə bitir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin