Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyəli nazir: Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyəti daha da artacaq

Türkiyəli nazir: Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyəti daha da artacaq

Tarix: 24 Aprel 2019 11:15

Bakı. Rufiz Hafizoğlu - Trend:

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu təkcə Türkiyə, Gürcüstan və Azərbaycanı deyil, həmçinin Çin və Mərkəzi Asiya ölkələrini Avropa ilə birləşdirir.

Trend-in məlumatına görə, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Mehmet Cahid Turxan deyib.

Nazir bildirib ki, bu qeyd olunanlar Bakı-Tbilisi-Qars dəmiryol dəhlizini strateji əhəmiyyətli layihə edir.

O əlavə edib ki, yaxın illərdə BTQ-nin əhəmiyyəti daha da artacaq.

Qeyd edək ki, ilkin mərhələdə Bakı-Tbilisi-Qars dəmiryolu ilə yükdaşımanın həcmi 6,5 milyon ton yük səviyyəsində olacaq, həmçinin 1 milyonadək sərnişin daşınacaq.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Türkiyəli nazir Bakı Tbilisi Qars dəmir yolunun əhəmiyyəti daha artacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ