Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Avqust 2020 14:09
Malayziya Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlərdə hər zaman Azərbaycanı dəstəkləyəcək.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Malayziyanın Azərbaycandakı səfiri Yubazlan Bin Yusof səfirlikdə təşkil olunan tədbir zamanı deyib.
O əlavə edib ki, Malayziya Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü və dövlət sərhədlərinin bölünməzliyini dəstəkləyir, eləcə də Ermənistan tərəfindən güc tətbiqini qəbulolunmaz hesab edir.
Onun sözlərinə görə, Malayziya Azərbaycanla ikitərəfli münasibətlərin möhkəmlənməsinə sadiqdir:
"Mən Malayziya ilə Azərbaycanın ikitərəfli münasibətlərinin ildən-ilə yaxşılaşmasını məmnunluqla qeyd edirəm".