Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Masazırda küçələrə asfalt çəkilir - FOTO

Masazırda küçələrə asfalt çəkilir - FOTO

Tarix: 31 Avqust 2020 20:10

Abşeron rayonun Masazır kəndində sayca üçüncü küçənin asfaltlanmasına başlanılıb.

Abşeron rayon İcra Hakimiyyətindən Milli.Az-a bildirilib ki, bununla əlaqədar olaraq Abşeron rayon İcra Hakimiyyətinin başçısı əraziyə gələrək görülən işlərlə yerindəcə tanış olub.

Bildirilib ki, vətəndaşların gediş-gəlişində xüsusən payız-qış mövsümündə yaranan problemlərin aradan qaldırılması istiqamətində Abşeron rayonunun ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı əsasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sözügedən rayon ərazisində kompleks tədbirlərin icrası davam etdirilir.

İmzalanan sərəncama əsasən, Abşeron rayonunun Saray, Ceyranbatan, Mehdiabad, Qobu qəsəbələrinin və Masazır kəndinin ərazilərində avtomobil yollarının əsaslı təmiri məqsədi ilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşunun (investisiya xərclərinin) bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 19.7 milyon (on doqquz milyon yeddi yüz min) manatı ayrılıb. Masazır kəndində sərəncama əsasən təmiri nəzərdə tutulan 7 küçədən 2-də işlər tamamlanıb. Bu uzunluğu 720 metr olan Şıxəli Qurbanov və 1.9 km-lik Akim Abbasov küçələridir. Ümumi uzunluqları 4.4 km, sahəsi 27 min kv.m-dən çox olan Qaçaq Nəbi, Hacı Zeynalabdin Tağıyev, Faiq Həsənov, Nazim Əsədov və İlyas Bayramov küçələrinin isə bu ilin sonunadək təmir olunaraq vətəndaşların istifadəsinə verilməsi planlaşdırılır. Artıq 3-cü küçədə də görülən işlər başa çatmaq üzrədir.

Daha sonra sakinlərlə görüşən başçı onların təkliflərini dinləyib. Sakinlər kənd ərazisində yüksək keyfiyyətli asfalt örütüyünün çəkilməsi ilə əlaqədar cənab Prezident İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər. Masazırın gündən günə abadlaşdığını vurğulayan sakınlərin qaldırdığı məsələlərlə əlaqədar kənd ərazisinə baxış keçirilib. Bundan sonra görülməsi vacib olan məsələlərlə bağlı aidiyyatı üzrə tapşırıqlar verilib.

Qeyd edək ki, Ölkə başçısının imzaladığı sözügedən sərəncam çərçivəsində, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Abşeron rayonunun Saray, Ceyranbatan, Mehdiabad, Qobu qəsəbələrinin və Masazır kəndinin ərazilərində ümumi uzunluğu 29.2 kilometr olan 23 küçə və yolda təmir işlərinin həyata keçirilməsi nəzərdə tutulur ki, bu istiqamətdə işlər davam etdirilir. Ümumilikdə təmir işlərinin əhatə edəcəyi sahə 240 min kv.m-dir. Təmir işləri əsasən uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan, yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, həmçinin torpaq əsaslı və çınqıl örtüklü küçə və yollarda aparılır.

Milli.Az


Etiketlər:  Masazırda küçələrə asfalt çəkilir FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ